Türkiyədə sel fəlakəti: ölənlər və itkinlər var (VİDEO)

Türkiyədə sel fəlakəti: ölənlər və itkinlər var (VİDEO)

06-09-2023 14:12 / Bu xəbər 2903 dəfə oxundu

Türkiyənin Kırklareli vilayətində sel fəlakəti yaşanır.

Bu barədə Türkiyə mediası xəbər yayıb.
 
Bildirilir ki, Dəmirköy rayonunda səhər saatlarından başlayan leysan İynəada qəsəbəsində sel və daşqınlara səbəb olub.

Qəsəbədəki turizm müəssisəələrində yerləşən taxtadan hazırlanmış evləri sel aparıb.

Kırklareli valisi Birol Ekici jurnalistlərə bildirib ki, bütün dövlət qurumları bölgədə axtarış-xilasetmə işlərini davam etdirir: "Qapalı vəziyyətdə qalan 2 nəfərin cəsədini tapmışıq. 4 nəfərin axtarışları davam edir. Ümid edirik ki, bu 4 nəfər də sağ-salamat tapılacaq”.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, əsgərlər bölgədəki axtarış-xilasetmə işlərinə cəlb olunub.