ABŞ-dan xəbər var: dollar sürətlə ucuzlaşır
17-03-2016 03:04 / Bu xəbər 1573 dəfə oxundu
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub.
APA-nın xəbərinə görə, iclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyib.
Qeyd edək ki, bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşmaqdadır.
Bakı vaxtı ilə 22:30-da FES-in rəhbəri Canet Yellenin mətbuat konfransı baş tutub.
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir.
Arqument.Az












