ABŞ Dövlət Departamenti: Azərbaycanda insan hüquqlarının pozuntusu davam edir
14-04-2022 11:38 / Bu xəbər 1785 dəfə oxundu
Azərbaycanda 2021-ci il həbsxanalarda sərt, bəzən isə həyat üçün təhlükəli saxlanma şəraitlərini; özbaşına həbsləri; siyasi məhbusları və digər sui-istifadələrlə müaşahidə olunub.
ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatında belə deyilir.
Hesabat qurumun rəsmi saytında dərc olunub.
Hesabatda söz azadlığı və KİV sahəsində ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılığı, böhtanın kriminallaşdırılması, həmçinin jurnalistlərin şübhəli ittihamlarla təzyiqə məruz qalması və azadlıqdan məhrum edilməsi; internet azadlığında ciddi məhdudiyyətlər, o cümlədən veb-saytların bloklanması; dinc toplaşma hüququnun faktiki olaraq qadağan edilməsi və assosisasiya azadlığına ciddi müdaxilə; yerdəyişmə azadlığına məhdudiyyətlər əksini tapıb.
Həmçinin siyasi həyatda iştirakla bağlı ciddi məhdudiyyətlər, hökumətdə sistemli korrupsiya, cinsi meylə görə polisin insanlara qarşı amansızlığı, işçilərin birləşmək azadlığının ciddi şəkildə məhdudlaşdırılması və uşaq əməyinin ən pis formalarının mövcudluğu hesabatda yer tutub".
Dövlət departamenti hesab edir ki, Azərbaycanda hökumət insan hüquqlarının pozuntusuna və korrupsiya aktlarına yol vermiş bir çox vəzifəli şəxsləri təqib etməyib və cəzalandırmayıb, cəzasızlıq problem olaraq qalıb.












