"AccessBank" onlarla şirkəti bir gündə itirdi

30-01-2024 17:09 / Bu xəbər 983 dəfə oxundu

"AccessBank”la sahibkar Odər Qəni arasında baş verən soyuqluq bankın onlarla hesabı bir gündə itirməsi ilə nəticələnib.

Bu barədə sahibkar sosial şəbəkə hesabından məlumat verib. 

Sahibkar "Arqument.az"a deyib ki, bu, şəxsi əlaqələr fonunda baş verən hadisədir:

""AccessBank”la olan bütün rəsmi əlaqələrimiz qarşılıqlı olaraq bitib. Bunun səbəbi bankın son günlərdə qeyri-professional iş siyasətidir. Buna görə də şəxsimə aid olan bütün şirkət hesabları sözügedən bankdan çıxarılaraq digər banka transfer olacaq".

Sahibkar həmçinin qeyd edib ki, bundan sonra "AccessBank”la qarşılıqlı münasibətlərdə heç bir rəsmiyyət olmayacaq.

Məsələ ilə bağlı "AccessBank"dan münasibət öyrənmək mümkün olmayıb.