Ağdaşın icra başçısı vəzifəsindən çıxarıldı
07-08-2024 17:05 / Bu xəbər 635 dəfə oxundu
Tofiq İbrahimovun yerinə təyinat olmayıb
Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə ölkə başçısı İlham Əliyev avqustun 7-də sərəncam imzalayıb.
Yeni Azərbaycan Partiyasının üzvü Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2010-2012-ci illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.
O, 2012-ci ildən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı idi.
Hələ Tofiq İbrahimovun yerinə təyinat olmayıb.