ADR üzvü həbs olunub
17-09-2023 14:47 / Bu xəbər 862 dəfə oxundu
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) üzvü Allahverdi Babayev həbs olunub.
Bu barədə ADR-dən "Arqument.az"a nəlumat verilib.
Partiyadan bildirilib ki, o, polisə müqavimət ittihamı ilə 30 sutka həbsə məhkum edilib.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub.
Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir.
O, məhkəmədə irəli sürülən ittihamı qəbul etmıyib və siyasi sifariş sayıb.