AİHM-dən Azərbaycanla bağlı daha bir qərar

AİHM-dən Azərbaycanla bağlı daha bir qərar

12-03-2020 20:02 / Bu xəbər 1291 dəfə oxundu

Martın 12-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarını elan edib. 

Bu barədə məlumatı media hüquqi üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb. 

Qərar "Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasından verilmiş şikayət üzrə bağlı olub. 

AİHM hesab edib ki, bu mübahisədə yerli məhkəmələr A.İsmayılovun ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edilib.
 
Qərarda qeyd olunub ki, bu işdə ərizəçi maddi təzminat tələbini müəyyən edilən zaman çərçivəsində təqdim etmədiyindən, məhkəmə təzminat müəyyən etməyib.  

Hökumət A.İsmayılova pozuntuya görə maddi təzminat ödəməyəcək. 

Aslan İsmayılov 2013-cü il mayın 8-də bir hakimlə mübahisə kontekstində baş verən olaylar nəticəsində Vəkillər Kollegiyasından(VK) üzvlüyündən xaric edilib. 

A.İsmayılov iddia edib ki, mübahisə üzrə çıxarılan qərarlarda onun ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və ayrı seçkiliyin yolverilməzliyi hüquqlarına müdaxilə edilib.///Toplum.Tv