Alimpaşa Məmmədovun 10 milyonluq əmlakı üzərindən həbs götürüldü
24-06-2024 16:49 / Bu xəbər 717 dəfə oxundu
11 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun iki əmlakı üzərindən həbs qərarı götürülüb.
Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq "Abad Şəmkir" MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.
A.Məmmədovun Bakı şəhərində yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.