Ana olan azyaşlı sığınacağa yerləşdirilib

Ana olan azyaşlı sığınacağa yerləşdirilib

02-11-2021 14:58 / Bu xəbər 932 dəfə oxundu

Körpə isə hələ də xəstəxanadadır

11 yaşında ana olan qız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sosial sığınacağına yerləşdirib.

Bu barədə Meydan TV-yə agentlikdən məlumat verilib.

Bildirilir ki, yeni ana olan azyaşlının səhhəti nisbətən yaxşılaşıb, körpə isə hələ də xəstəxanadadır. 

Azyaşlı ilə yanaşı anası da sığınacağa yerləşdirilib.

Baş Prokurorluq isə İmişli rayonunda 11 yaşlı ögey qızını zorlamaqda ittiham edilən şəxsin həbs edildiyini açıqlayıb.

İlkin məlumata görə, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.