Aparıcının qızı bağçada öldü

Aparıcının qızı bağçada öldü

27-09-2024 12:52 / Bu xəbər 566 dəfə oxundu

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

Məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində yıxılıb.

O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Məlumata görə, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Aparıcının yaxınları "Qafqazinfo”ya bildirib ki, uşaq ürəkqüsurlu olub və hadisə qəfil baş verib.