"AtaBank" qalmaqalı: Elnur Osmanovun adı MTN işində?..
28-03-2016 11:42 / Bu xəbər 2578 dəfə oxundu
Bir neçə gün öncə media da "AtaHolding”in tərkibinə daxil olan və bank sektorunda 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC ilə bağlı qalmaqallı məlumat yayılmışdı.
"AzFakt.com"a verilən məlumatda bildirilirdi ki, "AtaBank" ASC-nin Elnur Osmanovla bağlı prokurorluğa müraciət oluna bilər.
Yeri gəlmişkən, Elnur Aslanovun bu il fevral ayının 11-də "AtaBank” ASC-nin İdarə Heyətindən müəmmalı istefası da təsadüfi deyildi.
Bankın yaydığı məlumatda onun öz ərizəsi və istəyi ilə işdən getdiyi bildirilsə də, martın 26-da yayılan məlumatda onun əksi iddia olunur. Belə ki, "AzFakt.com" bankıdanı mənbəyə istinadən yazır ki, Elnur Osmanov rəsmən elan olunduğu kimi öz iradəsi ilə "AtaBank” ASC-nin İdarə Heyəti üzvlüyündən istefa verməyib, bank rəhbərliyi tərəfindən istefaya məcbur edilib. Bank rəhbərliynin Elnur Osmanovdan narazılığının səbəbi isə sonuncunun "AtaBank” rəhbərliyi adından məhkəməyə saxta sənəd təqdim etməsi olub.
Bu saxta arayışa görə Elnur Osmanovun bankda ciddi problemləri meydana çıxıb və sonucda məcburən vəzifəsi ilə vidalaşmaq zorunda qalıb. Həmin məlumatda onu da bildirilirdi Elnur Osmanovu "AtaBank" ASC İdarə heyyətinin keçmiş sədri, (bir həftə öncə vəzfəsindən çıxarıldı), Etibar Babaşlı müdafiə edib və ona saxta arayışı da bank adından məhz Etibar Babaşlı verib. Hətta Etibar Babaşlı Elnur Osmanova görə bankın Müşahidə Şurasının sədri Əşrəf Kamilovla üz-üzə gəlib və nəticədə məhkəməyə təqdim edilən saxta arayış böyük qalmaqala səbəb olub.
"Azfakt.com"un məlumatına görə, Elnur Osmanovun başqa bir mövzuya görə də cəzalandırıldığı deyilir. Belə ki, onun 2015-ci ilin dekabrında Bakı İstintaq Təcridxanasında (BIT) özünü asan MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyevlə də əlaqələrinin olduğu bildirilir.
Bu uş üzrə sabiq idarə heyəti üzvü Etibar Babaşlı başda olmaqla "AtaBank" ASC-də vəzifə tutan bir çox şəxslərin ciddi ittihamlarla üzləşmək ehtimalı çoxdur.
Saytın yazdığına görə, Elnur Osmanov "AtaBank" ASC-dən mənimsədiyi vəsaitlər hesabına özünə böyük sərvət toplayıb. Həmçinin Elnur Osmanov bankda işlədiyi müddətdə "AtaBank"dan çox aşağı faizlə, uzun müddətə iri məbləğdə kredit götürüb. Kreditin əvəzinə qoyulan girov isə əslində çox dəyərsiz olub.
Onun bankda İlqar Əliyevim əsas adamı olduğu da qeyd olunur.
Bildirilir ki, Elnur Omanov Bakıda və Göyçayda böyük biznesə sahibdir. Göyçay rayonunda Elnur Omanovun bir neçə yüz hektara yaxın əkin sahəsi, heyvandarlıq biznesinin olduğu qeyd edilir.
Nəzərə alınsa ki, MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev də əslən Göyçay rayonundandır, onda ortaya şübhəli məqamlar çıxır.
Bakıda isə Elnur Osmanovun əsasən daşınmaz əmlak aldığı qeyd olunur. Belə ki, Elnur Osmanovun bankdakı işlərinə yaxından bələd olan mənbə qeyd edir ki, onun Bakıda bahalı yerlərdə onlarla mənzili var. Bu mənzillər bir qayda olaraq əcnəbilərə kirayəyə verilir. Bundan başqa sabiq bank işçisinin Türkiyədə də biznes qurduğu deyilir.
Bildirilir ki, Elnur Osmanovun qardaşı da "AtaBank" ASC-də vəzifə daşıyır. Bank rəhbərliyi isə Elnur Osmanovun susması üçün qardaşının bankda işləməsinə göz yumur. Bunun səbəbi isə Elnur Osmanovun bankdakı bir çox maxinasiyaları bildiyini və bu barədə susması deyilir.
Yazıdakı iddialarla bağlı Elnur Osmanovla əlaqə saxlamaq mümkün olmayıb, "AtaBank" isə məsələyə münasibət bildirməyib.












