ATƏT-in müşahidə missiyası hüquq müdafiəçisi ilə görüşdü
05-08-2024 11:28 / Bu xəbər 1268 dəfə oxundu
ATƏT-in müşahidə missiyasının üzvləri "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının rəhbəri, hüquq müdafiəçisi Fikrət Cəfərli və təşkilatın digər üzvləri ilə görüşüblər.
Bu barədə təşkilatın rəhbəri Fikrət Cəfərli məlumat yayıb.
O bildirib ki, müzakirə mövzusu sentyabrın 1-də keçiriləcək parlament seçkiləri olub: "Bu gün rəhbəri olduğum "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının ofisində sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı ölkəmizdə fəaliyyətə başlamış ATƏT-in müşahidə missiyasının üzvləri Oleksey Liçkovax və Branislav Soloviçlə görüşdük. Görüşdə seçkilərlə bağlı geniş müzakirə etdik".
Cəfərli deyib ki, görüşdə "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının sədr müavinləri Günay Babaeyva, Nasir Əliyev, İH üzvü Zaman Səmədov və Bakı kəndləri üzrə səlahiyyətli nümayəndə Nasir Əliyev iştirak edib.