Avropa İttifaqı xarici işlər nazirləri Qarabağda vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqı xarici işlər nazirləri Qarabağda vəziyyəti müzakirə edəcəklər

31-08-2023 17:43 / Bu xəbər 980 dəfə oxundu

Bu gün İspaniyada keçirilən Avropa İttifaqı  xarici işlər nazirlərinin iclasının gündəliyinə Qarabağda vəziyyət daxil edilib. 

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "Tvitter" hesabında yazıb.

Onun sözlərinə görə, Qarabağda vəziyyət fəlakətlidir, dərman, ərzaq məhsulları, elektrik enerjisi çatışmır.

"Bizim Azərbaycana və Rusiyaya müraciətimiz: Laçın dəhlizi açılmalıdır, adamlar yaşamaq üçün onlara lazım olanı almalıdırlar", - o yazıb.