Avtoşluq edən futbolçu komandadan qovuldu
25-01-2014 14:39 / Bu xəbər 1855 dəfə oxundu
"Kəpəz" komandası "Neftçi"dən icarəyə götürdüyü Vurğun Fərəczadəni komandadan qovub.
Arqument.az-ın rekord.az-a istinadən verdiyi məlumata görə, bu barədə Gəncə klubunun vitde-prezidenti Nofəl Əzizov açıqlama verib.
Onun sözlərinə görə, oyunçunun sosial şəbəkədə avtomobilini yüksək sürətlə hərəkət etdirməsi ilə bağlı yaydığı görüntülər Gəncə komandasının rəhbərliyinin belə bir addım atmağına səbəb olub: "Vurğunun üzr istəyib-istəməməsi artıq heç nəyi dəyişməyəcək. Biz onunla müqaviləni pozub məxsus olduğu "Neftçi"yə geri göndərmişik".
Arqument.az












