“Qarabağ” Avropa Liqasında növbəti dəfə məğlub olub

“Qarabağ” Avropa Liqasında növbəti dəfə məğlub olub

29-11-2024 01:46 / Bu xəbər 526 dəfə oxundu

Komanda Bakıda "Lion”a uduzub

"Qarabağ” noyabrın 28-da UEFA Avropa Liqasında Fransanın "Lion” komandası ilə qarşılaşıb.

Liqa mərhələsinin 5-ci turunun oyunu saat 21:45-də başlayıb. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Oyun "Qarabağ”ın məğlubiyyəti ilə başa çatıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Fransa təmsilçisinə 1:4 hesabı ilə uduzub.

Bu, Azərbaycan çempionunun cari mövsümdə Avropa Liqasının liqa mərhələsində 4-cü məğlubiyyəti olub. 

"Qarabağ” yeganə qələbəsini səfərdə, Norveçin "Bodo Qlimt” komandası üzərində qazanıb (2:1).