AZAL-ın yeni rəhbəri parklanma və icarə qiymətlərini artırdı

AZAL-ın yeni rəhbəri parklanma və icarə qiymətlərini artırdı

19-01-2024 12:10 / Bu xəbər 626 dəfə oxundu

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb.

"Gununsesi.info" xəbər verir ki, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb.

Bundan başqa, AZAL-ın yeni rəhbərinin daha bir "sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, kargo şirkətləri və restoranlar üçün olub.

Artıq 2024-cü ildən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri və anbarlar üçün qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır.

Bahalaşma ilə bağlı Hava Limanından şərh almaq mümkün olmayıb.