“Azalternativenerji” MMC-nin işçiləri əmək haqlarını tələb edir
28-08-2020 18:16 / Bu xəbər 2678 dəfə oxundu
İşçilər aksiya keçiriblər
"Azalternativenerji” MMC-nin işçiləri 5 aydın əmək haqqı ala bilmədiklərini deyirlər.
Onlar bu səbəbdən avqustun 28-də idarənin qarısına toplaşıb, plakatlar qaldıraraq pullarını tələb ediblər.
Bu barədə Meydan TV-yə danışan idarənin işçisi Zamiq Nəcəfov bildirib ki, onlar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərirlər.
İdarə Qobustan rayonunda yerləşir, 30 işçisi var.
O, 5 ayda susmalarını pandemiya ilə əlaqələndirib: "Gözləyirdik ki, ümumi problemdir, yəqin bu gün-sabah olar, artıq 5 aydır. Hazırda işçilərin evlərində çörəkpulu da yoxdur”.

O, 5 ayda susmaların pandemiya ilə əlaqələndirib
Mənbə: Meydan TV
Zamiq Nəcəfov ötən müddətdə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevə müraciət etdiklərini, amma hər hansı reaksiya almadıqlarını deyib.
Zamiq Nəcəfovun sözlərinə görə, "Azalternativenerji” MMC-nin direktoru Aqşin Bəkirzadə bu gün onlarla görüşüb və gələn həftə əmək haqlarının veriləcəyini vəd edib.
İdarənin mühəndisi Aqil Şirinov Meydan TV-yə işçilərə 5 aydır maaşın verilmədiyini təsdiqləyib: "Müdiriyyət işçilərə görüşüb, bir həftə vaxt istəyib, yəqin gələn həftə problem həllini tapar.

Aksiya
Mənbə: Meydan TV












