Azərbaycan əsgərinin özünü odlu silahla vurduğu bildirilir
05-09-2023 21:28 / Bu xəbər 1033 dəfə oxundu
İcra nümayəndəsi: "Cənazəni gətirmək üçün Gəncəyə gedirik”
Masallının Xırmandalı kənd sakini, 2005-ci il təvəllüdlü əsgər Tağıyev Ramal İsrafil oğlunun ötən gün axşam naməlum səbəblərdən öldüyü bildirilir.
Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər.
Ramal Tağıyevin 6 ayın əsgəri olduğu bildirilir.
Məlumata görə, əsgərin cənazəsi bu gün doğulduğu kəndə gətiriləcək.
Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov hadisəni Meydan TV-yə təsdiqləyib.
"Hazırda cənazəni gətirmək üçün Gəncəyə gedirik. Məsələni tam dəqiqliklə öyrənib sizə məlumat verəcəyik”, – deyə o bildirib.
Prokurorluq isə əsgərin özünü odlu silahla vurduğunu açıqlayıb.
"Kəlbəcər Rayon Prokurorluğunda N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tağıyev Ramal İsrafil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı araşdırma aparılır”, – deyə prokurorluq bildirib.