Azərbaycan hərbçisinin xəstəlikdən öldüyü bildirilir
16-05-2024 14:07 / Bu xəbər 725 dəfə oxundu
Müdafiə Nazirliyi araşdırma aparıldığını deyir
Azərbaycan ordusunun hərbi qulluqçusu Sənan Hüseynovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etdiyi bildirilir.
Bu barədə mayın 16-da yerli mediada yayılan məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov Meydan TV-yə də təsdiqləyib.
O, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparıldığını söyləyib.
Meydan TV vəfat etmiş hərbçinin yaxınları ilə əlaqə saxlaya bilməyib.