Azərbaycan İrana başsağlığı verdi

Azərbaycan İrana başsağlığı verdi

04-01-2024 01:30 / Bu xəbər 919 dəfə oxundu

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. 

Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.