Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq
05-01-2015 11:25 / Bu xəbər 2073 dəfə oxundu
17 yaşadək futbolçulardan ibarət Rusiya millisi Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının elit-raunduna hazırlaşan şimallılar fevralda ölkəmizdə təlim-məşq toplanışı keçirəcək.
Mixail Qalaktionovun baş məşqçisi olduğu komanda Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir və Belarusda qatıldığı yarışın ardından hazırlığın 3-cü hissəsini Azərbaycanda keçirmək qərarına gəlib.
Toplanış çərçivəsində Azərbaycan və Rusiya milliləri arasında 2 yoxlama oyunu da keçiriləcək. Bu qarşılaşmaların tarixi hələ dəqiqləşməyib.
Arqument.az












