Azərbaycan nefti ucuzlaşıb
17-09-2016 12:59 / Bu xəbər 1559 dəfə oxundu
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,59 dollar və yaxud 1,24% azalıb.
"Report” xəbər verir ki, "Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 46,98 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Arqument.Az












