Azərbaycan neftinin qiyməti 81 dolları keçdi
08-07-2023 12:46 / Bu xəbər 1058 dəfə oxundu
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,48 ABŞ dolları, yaxud 3,13 % artaraq 81,76 ABŞ dolları təşkil edib.
"Brent” markalı neftin avqust fyuçersləri 78,47 ABŞ dollarına satılıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.