"Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır"
08-05-2024 14:36 / Bu xəbər 879 dəfə oxundu
Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata açıqlamasında deyib.
"Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, - deyə o qeyd edib.
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib.