Azərbaycan yanğınsöndürənlərin dördüncü qrupunu Türkiyəyə göndərdi

Azərbaycan yanğınsöndürənlərin dördüncü qrupunu Türkiyəyə göndərdi

07-08-2021 12:18 / Bu xəbər 2714 dəfə oxundu

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin dördüncü qrupu Türkiyə çatıb.

Qurumdan verilən məlumata görə, 200-dən artıq şəxsi heyət gətirən təyyarə Muğlanın Dalaman Hava Limanına eniş edib.

Şəxsi heyət sabahdan etibarən yanğınların söndürülməsi işlərinə cəlb olunacaq.