Azərbaycanda 147 nəfər koronavirusa yoluxub

Azərbaycanda 147 nəfər koronavirusa yoluxub

10-02-2021 17:38 / Bu xəbər 835 dəfə oxundu

4 nəfər virusun qurbanı olub

Fevralın 10-da Azərbaycanda 147 adam COVİD-19 infeksiyasına yoluxub, 236 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 4 nəfərin öldüyünü qeyd edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 231 min 509 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 225 min 914 nəfər müalicə olunaraq sağalıb, 3167 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2428 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 470 min 908 testin aparıldığını xatırladıb: "Bugünkü test sayı isə 7298-dir".