Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu
04-09-2023 01:01 / Bu xəbər 992 dəfə oxundu
Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
Zəlzələ həmçinin Aran rayonlarında da hiss edilib.