Azərbaycanda polislər arasında da koronavirusa yoluxanlar var — RƏSMİ

Azərbaycanda polislər arasında da koronavirusa yoluxanlar var — RƏSMİ

21-04-2020 13:40 / Bu xəbər 1053 dəfə oxundu

"Vəziyyətləri stabildir”

Azərbaycanda koronavirusa yoluxanlar arasında polis əməkdaşları da var.

Məlumatı "Turan” agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

O qeyd edib ki, polis xüsusi karantin rejiminin ilk günündən nəzarəti həyata keçirir və vətəndaşlarla sıx təmasda olur.

"Ona görə də yoluxma halları var. Hal-hazırda həmin polis əməkdaşları müalicə alırlar, vəziyyətləri stabildir”, - deyə Zahidov bildirib.

Amma o, koronavirusa yoluxmuş polis əməkdaşlarının sayını açıqlamayıb.

Azərbaycanda aprelin 20-ə olan vəziyyətə əsasən, ümumilikdə 1436 koronavirusa yoluxma faktı qeydə alınıb. Bunlardan 19 nəfər ölüb, 791 nəfər sağalıb. Hazırda xəstəxanalarda 626 nəfər müalicə olunur.