Azərbaycanda seçicilərin sayı açıqlanıb
26-05-2023 15:30 / Bu xəbər 740 dəfə oxundu
Azərbaycan üzrə vahid seçicilər siyahısına 6 334 178 seçici daxil edilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
Onların 3 milyon 5 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 57 nəfəri isə qadındır (52,56%).///APA












