Azərbaycanda son bir gündə koronavirus rekordu: 471 yoluxma

Azərbaycanda son bir gündə koronavirus rekordu: 471 yoluxma

20-06-2020 18:46 / Bu xəbər 1517 dəfə oxundu

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib.

5 574 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 627 koronavirus testi aparılıb.