Azərbaycanın bank kartları Rusiyada işləməyəcək

Azərbaycanın bank kartları Rusiyada işləməyəcək

09-03-2022 17:10 / Bu xəbər 789 dəfə oxundu

Azərbaycanın bank kartları Rusiya ərazisində işləməyəcək. 

Bu barədə martın 9-da APA məlumat verib. 

Məsələylə bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. 

Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər. 

Nəticədə Azərbaycanın bank kartlarının da Rusiya ərazisində işləməsi mümkünsüz olub.