Azərbaycanın NATO-dakı səfirinin və xanımının 90 minlik saatları oğurlandı
07-08-2024 13:43 / Bu xəbər 600 dəfə oxundu
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.
"Haqqin.az" xəbər verir ki, azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub.
Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd "Rolex” saatını oğurlayıblar.
Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.