Azərbaycanlı məmur oğluna Londonda 1 milyona ev aldı (FOTO)
19-12-2020 22:01 / Bu xəbər 1096 dəfə oxundu
Müharibənin qızğın vaxtında, Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov oğluna Londonda ev alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropda yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, mənzil əmək şirkətləri tərəfindən qiymətləndirilib: "Rafiq Aslanov Londonda yaşayan oğluna aşağda şəklini əlavə etdiyim binadan bahalı mənzil alıb.
Əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilir".