“Azərpoçt”un rəhbəri dəyişib

“Azərpoçt”un rəhbəri dəyişib

02-03-2021 17:00 / Bu xəbər 2099 dəfə oxundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib.

"Report” xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub.

Ə.Cəlilov "Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan "AGBank” ASC-nin İdarə Heyətinin sədri olub.

Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Hacı Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhan Kazımov isə vəzifəsində saxlanılıb. Beləliklə, hazırda milli poçt operatorunun rəhbərliyində 3 nəfər təmsil olunur.