Bakı-2015-in püşkü atıldı

Bakı-2015-in püşkü atıldı

16-01-2015 15:40 / Bu xəbər 2182 dəfə oxundu

“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə qitənin 8 ölkəsinin millisi mübarizə aparacaq. 

Bunlar Azərbaycan, Rusiya, İspaniya, Portuqaliya, İsveçrə, İtaliya, Ukrayna və Macarıstandır.

Qaynar.info-nun məlumatına görə, bu haqda Fairmont Baku mehmanxanasında “Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə iştirak edəcək millilərin təqdimat mərasimində məlumat verilib.

Yığmamız A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna ilə mübarizə aparacaq. B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan qərarlaşıb. 

Arqument.Az