Bakıda 1 milyon manatlıq maşın sürən tələbə var - FOTO
17-09-2016 13:01 / Bu xəbər 10598 dəfə oxundu
Bu gün Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib.
Yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər.
"Lamborghini Aventador LP-740" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları (1 milyon manatdan baha) olduğu bildirilir. Maşının isə "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova, digərləri isə Tanrıverdi Axundova məxsus olduğu bildirilir./mənbə: criminal.az saytı/
Lakin iş adamı hələ 2 il bundan öncə mətbuata açıqlamasında həmin maşının oğluna aid olduğunu inkar etmişdi. Qeyd edək ki, Tanrıverdi Axundov maşın kolleksiyasını "İnstagram" sosial şəbkəsində də paylaşıb.
Arqument.Az

















