Bakıda orta məktəbi valideynlər təmir edir? - İDDİA

Bakıda orta məktəbi valideynlər təmir edir? - İDDİA

24-12-2015 12:28 / Bu xəbər 1331 dəfə oxundu

Biləcəri qəsəbəsi, Vüqar Əvəzov adına 300 saylı orta məktəbdən şikayət var. 

Bir qrup valideynin Arqument.Az-a verdiyi məlumata görə, orta məktəbdə özbaşınalıq dözülməz həddədir. 

Belə ki, məktəbdə valideynlərdən tez-tez pul tələb edirlər. Bu dəfə isə pulu məktəbi təmir etmək adı ilə yığmağa başlayıb. 

"Tez-tez pul toplanır. Müxtəlif tədbirlər adıyla uşaqlara deyirlər ki, pul gətirin. İndi də məktəbdə təmir işləri adı altında hər şagirdən 15 manat pul gətirməyi tələb edirlər", - deyə valideynlər bildirib. 

Şikayətlə bağlı məktəbin direktoru İradə Xəlilova ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. 

Arqument.Az