Bakı Baş Gömrük İdarəsində əməliyyat: saxlanılanlar var

Bakı Baş Gömrük İdarəsində əməliyyat: saxlanılanlar var

18-05-2021 02:20 / Bu xəbər 1973 dəfə oxundu

Vəzifəli şəxslərin rüşvət alarkən saxlanıldığı bildirilir

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin əməkdaşları mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. 

Nəticədə Bakı Baş Gömrük İdarəsinin bir sıra vəzifəli şəxsləri saxlanılıb.

Meydan TV-nin sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidməti də məlumatı təsdiqləyib. 

Mətbuat xidmətindən bildirilib ki, idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb.

"Bu barədə ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək”, - prokurorluqdan bildirilib.