"Bakı Metropoliteni"nin veteran maşinisti spikeri və nazir müavinini məhkəməyə verdi
21-12-2023 13:23 / Bu xəbər 1004 dəfə oxundu
Milli Məclisin spikeri Sahibə Qafarova məhkəməyə verilib.
"Qaynarinfo" xəbər verir ki, iddiaçı Minulin Rafael Qizətoviçdir.
O, Sahibə Qafarova ilə yanaşı, əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Anar Kərimovu da məhkəməyə verib.
Rafail Minilunun spiker və nazir müavini barəsindəki iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Günay Abidovanın icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə məlumat yoxdur.
Rafail Mulinin adına "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi saytına yerləşdirilən "O gecə şəhərin altında tarixin ilk sətirləri yazıldı" başlıqlı yazıda rast gəlinir.
Həmin materialdan aydın olur ki, Rafail Minulin "Bakı Metropoliteni" QSC-də qatar maşinisti olub.
O, 2002-ci ilə qədər metroda çalışıb.
"Bakı Metropoliteni" QSC-nin veteranlarından hesab edilir.
Rafail Minulinin spiker və nazir müavini ilə hansı probleminin olduğu bəlli deyil.
Tərəflərlə də məsələyə aydınlıq gətirilməsi mümkün olmayıb.