Bakıda azərbaycanlı hüquq müdafiəçiləri ukraynalı həmkarları ilə görüşüblər

Bakıda azərbaycanlı hüquq müdafiəçiləri ukraynalı həmkarları ilə görüşüblər

18-07-2024 11:29 / Bu xəbər 1150 dəfə oxundu

Azərbaycanda səfərdə olan Ukraynanın "Mariupol müdafiəçilərə Azadlıq” insan hüquqları təşkilatının nümayəndələri "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının ofisində Mərkəzin rəhbərliyi ilə görüşüblər.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"ndən verilən məlumata görə, görüşdə Ukraynada və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, inkişaf dinamikası, insan hüquqları və əsas azadlıqların müdafiəsinin təşkili-qorunması, ifadə azadlığının səviyyəsi, işgəncə və qeyri-insani hallarına qarşı mübarizənin effektliyi və o cümlədən Rusiyanın Ukraynaya qarşı təcavüzü, amansız müharibəsi, müharibədən əziyyət çəkən dinc əhali və əsirlikdə olan Ukrayna vətəndaşlarının vəziyyəti müzakirə edilib.

Görüşdə - Türkiyə, İstanbul,  Ukrayna Mədəniyyət Cəmiyyətinin  sədr müavini Alivə Usenova, "Mariupol müdafiəçilərə Azadlıq” Vətəndaş Cəmiyyəti Təşkilatının rəhbəri Larisa Salayeva, həmin təşkilatın əməkdaşı Larisa Ulaxlı, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının sədri Fikrət Cəfərli, sədr müavinləri Nasir Əliyev, Ruslan Əliyev, Bakı kəndləri üzrə səlahiyyətli nümayəndə Nasir Əliyev və mətbuat xidmətinin rəhbəri Zəhra Kələndərova iştirak edib.