Bakıda çoxmərtəbəli binanın lifti qırıldı: yaralılar var
18-06-2022 12:22 / Bu xəbər 1043 dəfə oxundu
Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.
Xəbəri "Qafqazinfo” yayıb.
Bildirilir ki, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib.
Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb.
Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar.
Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.












