Bakıda mədəniyyət ocağında dözülməz vəziyyət
13-04-2023 17:40 / Bu xəbər 1548 dəfə oxundu
Hövsan Mədəniyyət Evinin acınacaqlı vəziyyəti ilə bağlı görüntülər yayılıb.
İki il öncə mərkəzdə başlayan təmir işləri xeyli müddətdir dayandırılıb.
İşlərin yarımçıq qalması burada yaşayan, mərkəzin yaxınlığındakı parka gələn sakinləri ciddi narahat edir.
"Ustalar işləmir. İşlər dayanıb. Ağacların da hamısı yanıb. Baxmırlar. Zibil qabı da yoxdur. Bura təmir olunacaq deyə ətraf da pis gündədir. Bu parka uşaqlar gəlib oynayır. Onlar üçün də yaxşı deyil. Hamı düzəlməsini istəyir. 2 ilə yaxındır ki, bağlanıb. Qocalar üçün əyləncə otağı da olsa, yaxşı olar. Yəqin? pul qurtarıb deyə dayandırıblar”, - deyə onlar bildirirlər.
Hövsan Mədəniyyət Mərkəzinin direktoru Vasif Rəhimov deyib ki, bu il mərkəzin təmir olunması üçün Mədəniyyət Nazirliyinə müəyyən vəsait ayrılıb: "Yeni nazirin də xəbəri var. Apreldən sonra büdcə təsdiqlənəndə tikinti davam etdiriləcək”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "Bakupost.az"a bildirilib ki, sorğu aidiyyəti üzrə yönəldilib: "Gün ərzində sizə cavab veriləcək”.