Bakıda qar yağacağı gözlənilir

18-12-2024 18:10 / Bu xəbər 886 dəfə oxundu
Dekabrın 18-də axşam və 19-na keçən gecə paytaxtda qar yağacaq.
Bu barədə Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin sinoptiklərinin yaydığı xəbərdarlıqda deyilir.
Qeyd edilən dövrdə ölkədə dağlıq və dağətəyi rayonlarda qar yağacaq.
Bəzi yerlərdə qar yağışı intensiv olacaq.
Yollar buz bağlayacaq.