“Balakhani Operating Company LTD”dən narazılıq var
24-01-2025 12:44 / Bu xəbər 73 dəfə oxundu
9 aydır ki, keçmiş prezidenti ilə məhkəmə çəkişməsində olan "Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı Sabunçuda onlarla sakinə qan uddurmaqdadır.
Xəbəri "Tribunainfo.az" yayıb.
Bildirilir ki, Rövşən Rzayevin rəhbərlik etdiyi "Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı məhkəmələrdə qalıb.
Həmçinin sentyabrdan şirkət keçmiş prezidenti Wolker James Alan tərəfindən məhkəməyə verilib.
Sabiq prezident işə bərpasını və əmək haqqını tələb edir.
Yasamal Rayon Məhkəməsində olan işlə bağlı indiyə qədər 7 proses keçirilib və heç bir nəticə əldə edilməyib.
28 yanvar tarixində şirkətlə sabiq prezident arasındakı işə yenidən baxılacaq.