Baş İdarə rəisinin və sektor müdirinin məhkəməsi başlayır

Baş İdarə rəisinin və sektor müdirinin məhkəməsi başlayır

08-01-2025 02:02 / Bu xəbər 94 dəfə oxundu

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə başlayır.

APA xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin olunub.

İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb