Baş nazirin sabiq müavini Əsgər Məmmədov vəfat edib

Baş nazirin sabiq müavini Əsgər Məmmədov vəfat edib

28-01-2023 22:38 / Bu xəbər 1199 dəfə oxundu

Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini Əsgər Talıb oğlu Məmmədov vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Cənazə törəni günorta saatlarında Təzə Pir məscidində keçirilib. 

Əsgər Məmmədov 1947-ci ildə Lerik rayonunun Kiravud kəndində ziyalı ailəsində doğulub.

1986-1991-ci illərdə Goranboy, 1991-1992-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib, 1992-1994-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

Birinci Qarabağ savaşı dövründə cəbhə xəttində müdafiənin təşkilində və döyüşlərdə iştirak edib. 

Əsgər Məmmədov 90-cı illərin əvvələrində Nazirlər Kabinetində işləyib. 

Prezident Əbülfəz Elçibəyin 29 aprel 1993-cü il fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.