Baş Prokurorluq: "Qaralovun ölkədən çıxışına qadağa qoyulmayıb"
05-09-2022 13:03 / Bu xəbər 989 dəfə oxundu
Sabiq Baş prokuror Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Bu barədə sentyabrın 6-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumatı bir sıra yerli kütləvi informasiya vasitələri yaymışdı.
İddialara görə, Qaralov səhhətiylə əlaqədar müalicə olunmaq üçün Almaniyaya getmək istəyib, amma onun ölkədən çıxışına stop qoyulub.
İddialar Baş Prokurorluq tərəfindən təsdiqini tapmayıb.












