BDU-nun Qazax filialında 18 tələbənin zəhərləndiyi bildirilir

BDU-nun Qazax filialında 18 tələbənin zəhərləndiyi bildirilir

11-10-2024 16:47 / Bu xəbər 610 dəfə oxundu

"Tələbələr dönərdən zəhərləniblər"

Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbənin zəhərləndiyi bildirilir.

TƏBİB-dən bildirilib ki, oktyabrın 10-u saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər zəhərlənmə şübhəsilə müraciət edib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: "16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, baş verən hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Bakı Dövlət Universitetindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb. 

Məlumata görə, tələbələr filialın bufetində dönərlə nahar edərək zəhərləniblər.