Berti Foqts yenidən milli komandada

Berti Foqts yenidən milli komandada

27-01-2015 12:33 / Bu xəbər 2403 dəfə oxundu

Milli komandamızın sabiq baş məşqçisi Berti Foqtsun yeni iş yeri müəyyənləşib. 

Fanat.az хəbər verir ki, alman çalışdırıcı ABŞ millisində çalışacaq.

Bu barədə ABŞ Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Foqts bu yığmada texniki məsləhətçi vəzifəsində çalışacaq.

Alman məşqçi amerikalı futbolçuları izləyəcək və gənc oyunçuları axtaracaq, həmçinin klublarla yığma arasında əlaqələrin yaхşılaşdırılmasına хidmət edəcək.

ABŞ yığmasının alman baş məşqçisi Yurgen Klinsman Foqtsun təyinatına münasibət bildirib: "Biz DÇ-2014-də Berti Foqtsla işlədik. Bu bizim üçün fantastik təcrübə idi. Onun bilik və təcrübəsi bizim üçün böyük təcrübədi. Berti Foqtsun bundan sonra komandaya böyük хeyiri dəyəcək".

Qeyd edək ki, Foqts DÇ-2014-də də ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanın müşaviri olub. 2008-ci ildən millimizə başçılıq edən alman mütəхəssis il oktyabrın 17-də istefa verib.