Beynəlxalq reytinq agentliyindən şok qərar: Azərbaycana kredit vermək “təhlükəli” hesab olundu
31-01-2016 14:36 / Bu xəbər 1519 dəfə oxundu
Beynəlxalq reytinq agentliyi olan Standart & Poor’s Azərbaycanın kredit reytinqini aşağı saldı. Özü də bu qərar elə bir vaxta verildi ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun nümayəndələri Bakıda Azərbaycanın kreditlə bağlı müraciəti ətrafında danışıqlar aparırdılar. Bu haqda "haqqın.az” məlumat yayıb.
Bundan əvvəl Financial Times qəzeti Reuters agentliyi Azərbaycan hökumətinin iqtisadi islahatlara dəstək çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) üç milyard dollar, Dünya Bankından (DB) isə bir milyard dollar kredit istəməsi barədə məlumat yaymışdı. Bu məlumatı həmçinin Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev də təsdiqləmişdi.
Azərbaycanın kredit üçün müraciət etdiyini BVF-nin rəsmiləri də təsdiqləmişdilər.
Lakin bunun sonra Azərbaycanın borc istəməsi haqqında məlumat təkzib olundu: əvvəlcə maliyyə naziri Samir Şərifov, sonra isə ölkə başçısı İlham Əliyev Qərbdən kredit istəmədiklərini dedilər.
Dünyanın aparıcı maliyə strukturlarının Bakıya nümayəndələr göndərməsi fonunda bu ziddiyətli məlumatlar onu demək üçün əsas verir ki, Bakıda kredit mövzusunda çox intensiv və qərgin danışıqlar aparılıb. Bu məqamda dünyanın aparıcı reytinq şirkətinin Аzərbaycanın marağına uyğun olmayan hesabatla çıxış etməsi isə danişiqların pozulduğuna işarədir.
Bununla bağlı rəsmi məlumatlar verilmir. Lakin olan məlumatlar əsasında ehtimal etmək olar ki, rəsmi Bakı onun üzərinə qoyulan hansısa şərtləri qəbul etmədiyi üçün kredit ala bilməyib. Ola bilər ki, BVF və DB Azərbaycanın maliyyə sektorunda şəffaflığın təmin olunması istiqamətində hansısa şərtlər irəli sürüb. Bu isə Azərbaycan hakimiyyəti üçün qəbuledilməzdir.

Standard & Poor’s agentliyinin hesabatına gəlincə, bunun ölkə iqtisadiyyatına birbaşa yox, yalnız dolayı təsiri ola bilər. "Standard & Poor”™s” beynəlxalq reytinq xidməti öz hesabatında Azərbaycanın bank sistemini risklilik dərəcəsinə görə sonuncu 10-cu qrupa aid edib. Təşkilatın hesabatında deyilir ki, "Standard and Poor”™s” bank sənayesi üzrə ölkələrin riskinin qiymətləndirilməsini aparıb. Bu qiymətləndirmə əsasında müəyyənləşdirilmiş reytinq ölkələrin bank sisteminin güclü və zəif tərəflərini əks etdirir. Qiymətləndirmədə ölkələr 1-dən 10-dək qrupa ayrılır. 1-ci qrup ən güclü, 10-cu qrup isə ən zəif hesab olunur. Bundan əvvəl Azərbaycan 9-cu pillədə idi.
Bu hesabatın nə dərəcədə ədalətli olması mübahisəlidir. Amma fakt ondan ibarətdir ki, artıq Azərbaycan aşağı faizlə kredit götürmək imkanından məhrum edildi. Çünki Azərbaycanın reytinqi aşağı olduğu üçün ona kredit verilməsi təhlükəli sayılacaq.
bastainfo.com












